"Psixoloji baxımdan da əhəmiyyətli qələbədir" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Psixoloji baxımdan da əhəmiyyətli qələbədir"

"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi olan gənc futbolçu bu qələbənin psixoloji baxımdan da əhəmiyyətli olduğunu bildirib:


"Asan qələbə olmadı. Yaxşı ki, qalib gəldik. Psixoloji baxımdan da əhəmiyyətli qələbədir. Çempionluq uğrunda mübarizəni davam etdiririk. Vurduğum qola gəlincə, topa başla zərbə endirmək anı yetişəndə, bunu hiss edirəm. Azərbaycan Kuboku uğrunda mübarizədəki rəqibimiz asan deyil. Bununla belə, "Sumqayıt”a qalib gəlib mərhələ adlayacağımıza inanıram”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta