"Neftçi" Azərbaycan Kubokunda mübarizəni dayandırdı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Azərbaycan Kubokunda mübarizəni dayandırdı

"Neftçi" Azərbaycan Kubokunda mübarizəni dayandırdı

"Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyununu keçirib. Komandamız "Kapital Bank Arena”da "Sumqayıt”la heç-heçə edib – 0:0. "Neftçi” bu komandalar arasında baş tutmuş ilk oyunda 0:1 hesabı ilə məğlub olduğundan mübarizəni dayandırıb.

 

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 33.Turan Vəlizadə, 77.Donald Gerye, 80.İsmayıl Zülfüqarlı.

 

1’ Oyun başlandı.


7’ Dabonun zərbəsindən sonra qapıçı topu küncə çıxardı.

 

22’ Oyun ilk dəqiqələrdən "Neftçi”nin hücumları şəraitində keçir.

 

30’ Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Dabo qapıya göndərsə də, qapıçı onu tutdu.


33’ Anton Krivotsyukun zərbəsi qeyri-dəqiq alındı.

 

36’ Rəqibin əks-hücumu zamanı Peyman Babayinin zərbəsindən sonra top qapının yanından keçdi.

 

45+1’ İlk hissə başa çatdı.

 

46’ İkinci hissə başlandı.

 

50’ Emin Mahmudovun künc ötürməsindən sonra Mustivarın zərbəsi dəqiq alınmadı.


68’ Ömər Buludovun yaxın məsafədən endirdiyi zərbəni rəqib qapıçı çətinliklə geri qaytardı.

 

75’ Namik Ələskərov Emin Mahmudovu əvəzlədi.


76’ "Sumqayıt”ın yerinə yetirdiyi künc zərbəsindən sonra top qapının üstündən keçdi.


80’ "Neftçi”nin ardıcıl hücumları nəticəsiz qalır.

 

83’ Baqali Dabonun əvəzinə meydana Dario Frederiko daxil oldu.

 

85’ Rəhman Hacıyev Tural Axundovu əvəzlədi.

 

90+2’ Rəhman Hacıyevin zərbəsindən sonra qapıçı topu tutdu.


90+4’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta