"Neftçi" ilk yoxlama oyununda məğlub oldu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ilk yoxlama oyununda məğlub oldu

"Neftçi" ilk yoxlama oyununda məğlub oldu

 

"Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Komandamız "Emirhan Sports Complex Side”ın stadionunda Polşanın "LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olub.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 26.Ömər Buludov, 27.Nabi Silla, 36.Mamadu Kane, 77.Donald Gerye.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 9.Baqali Dabo, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 33.Turan Vəlizadə, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.


Qeyd edək ki, qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdıran komandamız yanvarın 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubları ilə üz-üzə gələcək.


1’ Oyun başlandı.


7’ Qol. Rəqib komanda hesabı açdı – 0:1. Samuel Korral fərqləndi.


17’ Komandamızın hücumu zamanı top qapıdan azca aralı keçdi.


23’ Oyun "Neftçi”nin üstünlüyü şəraitində davam etsə də, hesab dəyişməyib.


38’ Qol. "LKS Lodz” ikinci topu komandamızın qapısından keçirdi – 0:2. Qolun müəllifi yenə Samuel Korraldır.


43’ Səlahət Ağayev daha bir qolun qarşısını aldı.


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı. Səlahət Ağayev, Voislav Stankoviç, Emin Mahmudov, Saman Nərimancahan, Namik Ələskərov və Donald Geryenin əvəzinə meydana Aqil Məmmədov, Mamadu Mbodj, Soni Mustivar, Rəhman Hacıyev, Baqali Dabo və Tural Axundov daxil olublar.


55’ Rəhman Hacıyev fürsəti boşa verdi.


59’ Vanqelis Platellasla Nabi Sillanı İsmayıl Zülfüqarlı ilə İbrahim Əliyev əvəzlədi.


60’ Qol. "LKS Lodz” yenə fərqləndi – 0:3. Prjemislav Saydak qol vurdu.


65’ Nazim Bağırov Baqali Dabonu əvəzlədi.


72’ Qol. Penalti zərbəsindən sonra hesab arasındakı fərq artdı – 0:4. Lukas Sekulski fərqləndi.


75’ Ömər Buludovla Aqil Məmmədovu Elton Əlibəyli ilə Kamran İbrahimov əvəzlədi.


87’ Kamran İbrahimov növbəti qola imkan vermədi.


90’ Oyun başa çatdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta