"Neftçi" ailəsi Vahid və Alimin əziz xatirəsini heç vaxt unutmayacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ailəsi Vahid və Alimin əziz xatirəsini heç vaxt unutmayacaq

Bu gün "Neftçi” PFK-nın iki əməkdaşı – Vahid Həmidov və Alim Məmmədovun vəfatından 10 il ötür. Kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini çılğın azarkeşi olduğu "Neftçi”də çalışıb. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Burada qısa müddət işləməsinə baxmayaraq kollektivin sevgisini qazanmış Alim Məmmədovun qəlbində doğma "Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alimin vəfatı həm "Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.


Bu gün cismən bizimlə olmasalar da, Vahid və Alimin əziz xatirəsi "Neftçi” ailəsi tərəfindən heç vaxt unudulmayacaq. Mərhum əməkdaşlarımızı hörmətlə anaraq, onların ailəsinə Allahdan səbr diləyirik. Allah rəhmət eləsin!

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta