13 yaşlı futbolçumuz U-17 milli komandasında | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

13 yaşlı futbolçumuz U-17 milli komandasında

13 yaşlı futbolçumuz U-17 milli komandasında

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Turnirə hazırlıq məqsədilə ayın 16-dan 19-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmaya "Neftçi” PFK-nın qızlardan ibarət U-13 komandasının üzvü Aydan Həsənova da dəvət olunub.

Qeyd edək ki, milli komandamız UEFA İnkişaf turnirində fevralın 21-i Cəbəllütariq, 23-ü Şotlandiya, 26-sı isə Malta ilə qarşılaşacaq.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta