"Neftçi" Qəbələdə qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Qəbələdə qələbə qazandı

"Neftçi" Qəbələdə qələbə qazandı

 

 

"Neftçi” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 19-cu turda səfərdə "Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Qollara Anton Krivotsyuk (8-ci dəqiqə) və Baqali Dabo (14-cü dəqiqə) imza atıb.


"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 88.Saman Nərimancahan.


Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 33.Turan Vəlizadə, 40.Vüqar Həsənov, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.


1’ Oyun başlandı.


7’ Emin Mahmudovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapıçı topu küncə çıxardı.


8’ Rəqib qapıçı künc zərbəsindən sonra Mamadu Mbodjun başla zərbəsinin də qarşısını aldı.


8’ QOOOLLLLLL! Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Anton Krivotsyuk başla qapıdan keçirdi – 1:0


14’ QOOOLLLLLL! Əks hücumu zamanı Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirdi.


21’ Monrozun ötürməsindən sonra Buludovun zərbəsi qeyri-dəqiq alındı.


43’ Namik Ələskərovun zərbəsindən sonra top qapının yanından keçdi.


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı. Stiven Jozef-Monrozu Dario Frederiko əvəzləyib.


59’ "Qəbələ”nin hücumu zamanı Aqil Məmmədov təhlükəni sovuşdurdu.


65’ Saman Nərimancahanın əvəzinə meydana Soni Mustivar daxil oldu.


65’ Ehtiram Şahverdiyevin zərbəsindən sonra top qapının üstündən keçdi.


67’ Rəqib qapıçı Krivotsyukun dubl etməsinə mane oldu.


73’ Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Anton Krivotsyuk başla qapıdan keçirməyə yaxın olsa da, top qapının üstündən keçdi.


79’ Emin Mahmudovun uzaq küncə ünvanladığı topu qapıçı geri qaytardı.


82’ Namik Ələskrovu Mirabdulla Abbasov əvəzlədi.


86’ Rəqibin künc zərbəsindən sonra başla zərbə qapının üstündən keçdi.


90+4’ Oyun başa çatdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta