Xocalı soyqırımından 28 il ötür | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Xocalı soyqırımından 28 il ötür

Xocalı soyqırımından 28 il ötür

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. XX əsrin faciəsi olan Xocalı soyqırımı ermənilərin vəhşi siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.


1992-ci il fevralın 26-da Xocalı şəhərində genosid aktı həyata keçirildi. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indiyə kimi məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu dəhşətli faciəyə hüquqi qiymətini verəcək və cinayətkarlar layiqli cəzalarına çatacaqlar. Azərbaycan xalqı Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmayacaq və orada şəhid olmuş soydaşlarımızı daim yad edəcək.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta