Azarkeşimiz "Türk Hava Yolları"ndan İstanbula bilet qazandı! | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Azarkeşimiz "Türk Hava Yolları"ndan İstanbula bilet qazandı!

Azarkeşimiz "Türk Hava Yolları"ndan İstanbula bilet qazandı!

"Neftçi”nin sponsoru "Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün "Sabah”la matçın fasiləsində 8 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunub. Zərbələri daha dəqiq yerinə yetirən Səbuhi Vəlizadə 1-ci yeri tutub. 2-ci yerin sahibi Hafiz Nəbiyev isə "Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu qazanıb. Hər iki azarkeşə mükafatı "Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev təqdim edib. Digər 6 iştirakçı – Əlinağı Bakılı, Kamran Əliyev, Niyaz Niyaz, Ayxan Abdullayev, Nicat İbadov və Murad İsmayılzadə isə "Park Cinema”nın kinoteatrlarından illik bilet əldə ediblər.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta