"Neftçi-2" "Qarabağ-2" ilə heç-heçə etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi-2" "Qarabağ-2" ilə heç-heçə etdi

"Neftçi-2" "Qarabağ-2" ilə heç-heçə etdi

"Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 18-ci turda "Qarabağ-2” ilə qarşılaşıb. "ASK Arena”da baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2. Əvəzedicilərimiz 7-ci dəqiqədə Elnur Süleymanovun penalti zərbəsi ilə hesabı açsa da, rəqib 9-cu və 36-cı dəqiqələrdə vurulan qollarla önə keçib. Musa Qurbanlı və Kamran Məmmədov fərqlənib. Bununla belə, Asim Əlizadə 50-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb.


Qeyd edək ki, 6-cı dəqiqədə futbolçumuzu aşkar qol vurmaqdan məhrum etdiyi üçün "Qarabağ-2”nin üzvü İbrahim Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb.


"Neftçi-2” 18 oyundan 29 xalla 5-ci yeri tutur.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta