Heydər Əliyev – 97 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Heydər Əliyev – 97

Heydər Əliyev – 97

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 97 il ötür. Hələ SSRİ dövründə daim xalqımızın rifahı üçün çalışan Heydər Əliyev bütün sahələrə olduğu kimi, idmanın inkişafına da xüsusi önəm verirdi. O zaman Güclülər dəstəsində mübarizə aparan "Neftçi”nin sıxışdırılaraq Birinci dəstəyə göndərilməsinin qarşısını da məhz Heydər Əliyev almışdı. Bununla yanaşı, mütəmadi olaraq "Neftçi”nin vəziyyəti ilə maraqlanan Ümummilli lider tez-tez komanda üzvləri ilə görüşür və azarkeşi olduğu "Neftçi”nin bütün problemləri ilə şəxsən tanış olurdu. 80-90-cı illərdə "Neftçi”də azərbaycanlı futbolçuların sayının artması da məhz dahi siyasətçinin qayğısı ilə mümkün olmuşdu. Komandamıza təlim-məşq bazasının tikilməsi, Respublika stadionunun təmiri də bilavasitə onun göstərişi ilə həyata keçirilmişdi.


Heydər Əliyevin əziz xatirəsi milyonların qəlbində daim yaşayacaq!


Allah rəhmət etsin!

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta