Anton Krivotsyuk: "Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Anton Krivotsyuk:

Anton Krivotsyuk: "Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram"

Müdafiəçi Anton Krivotsyukla müqavilə müddətinin artırılması ilə bağlı məlumat vermişdik. Gənc futbolçu klubun rəsmi saytına müsahibəsində təəssüratlarını bölüşüb.


- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.


- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.


- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.


- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.


- Futbol üçün çox darıxmısız?

- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta