"Neftçi" məşqləri bərpa etdi (FOTOLAR) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" məşqləri bərpa etdi (FOTOLAR)

"Neftçi" məşqləri bərpa etdi (FOTOLAR)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 31-dən etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləndən sonra AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib və iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, iyunun 21-də isə Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpa olunması haqda qərar verilib. Buna görə də Koronavirus infeksiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” PFK bu gün tam fəaliyyətə başlayıb.


Komandamız məşqləri bərpa edib. "Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.


Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.



Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta