Emin Mahmudov: "Karyeramın sonunadək "Neftçi"də qalmaq istərdim" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Emin Mahmudov: "Karyeramın sonunadək "Neftçi"də qalmaq istərdim"

Emin Mahmudov: "Karyeramın sonunadək "Neftçi"də qalmaq istərdim"

Kapitan Emin Mahmudov "Neftçi” ilə müqaviləsini 3 il müddətinə artırandan sonra klubun rəsmi saytına müsahibə verib. Uzun müddətlik müqavilə bağladığına görə özünü xoşbəxt hiss etdiyini bildirən təcrübəli futbolçu karyerasının sonunadək "Neftçi”də qalmaq istədiyini deyib.


- Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiz?

- Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətlik müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim.


- "Neftçi” bu gün məşqləri bərpa edir. Necə düşünürsüz, komanda iyunun 21-dəki ilk oyunadək tam hazır ola biləcək?

- Fiziki hazırlığımızı 100 faiz bərpa edəcəyimizə əmin deyiləm, amma inanıram ki, məşqçilərimiz komandanı maksimum hazır edə biləcək. Qarşıda bizi çox çətin və yorucu çempionat mübarizəsi gözləyir. Buna görə də arxayınlaşmağa haqqımız yoxdur. Təbii ki, ondan sonra avrokuboklar haqda düşünməliyik. Lakin əvvəlcə qalan 8 matçı uğurlu keçirmək lazımdır.


- Yəqin ki, digər futbolçular kimi siz də karantin dövrü zamanı ev şəraitində formanızı qorumağa çalışmısız? Bu sizdə nə dərəcədə alınıb?

- Fərdi olaraq çox məşq etmişəm. Qaçış cığırında çox qaçmışam. Əlbəttə, bunlar futbol meydanlarındakı məşqləri əvəz etmir. Bununla belə, hesab edirəm ki, yaxşı formadayam.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta