"Neftçi" 3 aylıq fasiləyə qələbə ilə son qoydu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" 3 aylıq fasiləyə qələbə ilə son qoydu

"Neftçi" 3 aylıq fasiləyə qələbə ilə son qoydu

"Neftçi” hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Komandamız "Keşlə” ilə qarşılaşıb. "Bakcell Arena”da baş tutan görüş "ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi”dən 10-cu (penaltidən) və 12-ci dəqiqələrdə Emin Mahmudov, 90+2-ci dəqiqədə Rəhman Hacıyev, rəqibdən isə 65-ci dəqiqədə Aleksandr Kristovao fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 88.Saman Nərimancahan, 93.Soni Mustivar.

 


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 65.Əmrah Bayramov.

 


1' Oyun başladı!
8' Ərazi üstünlük "Neftçi"dədir.
10' QOOOOOOL! EMİN PENALTİDƏN FƏRQLƏNİR - 1:0!
12' QOOOOOOL! YENƏ DƏ EMİN! 2-0!
30' Nərimanсahanın zərbəsindən sonra top qapının yanından keçir.
45' İlk hissə bitdi. 2:0
46' İkinci hissə başladı.
62' İbrahimov, Abbasov və Platellas Ağayevi, Dabo və Nərimancahanı əvəzləyir.
63' Stankoviç Mbodju əvəzləyir.
65' Abbasov topa çata bilmədi.
65' Hesab 2:1 oldu.
69' Dario Namiki əvəzləyir.
71' Monrozun zərbəsi dəqiq olmadı.
79' Rəhman Monrozu əvəzləyir.
90+2' QOOOOOL!RƏHMAN! 3:1!
90+5' Oyun bitdi!
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta