"Neftçi" ikinci yoxlama oyununda da qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ikinci yoxlama oyununda da qələbə qazandı

"Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız "Qəbələ” ilə qarşılaşıb. "Bakcell Arena”da baş tutan görüşdə "ağ-qaralar” qalib gəlib – 2:1. Hesabı 26-cı dəqiqədə rəqib açsa da, "Neftçi” fasiləyədək qollardan birinin əvəzini çıxıb: 40-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənib. İkinci hissədə meydana daxil olan Dario Frederiko isə 63-cü dəqiqədə görüşdə son nöqtəni qoyub.


Qeyd edək ki, "Neftçi” ilk sınaq matçında "Keşlə” üzərinə 3:1 hesablı qələbə qazanmışdı.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 88.Saman Nərimancahan, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 65.Əmrah Bayramov, 80.İsmayıl Zülfüqarlı.


1’ Oyun başlandı.


8’ Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Mamadu Mbodj başla qapıya göndərsə də, zərbə dəqiq alınmadı.


11’ Monrozun ötürməsindən sonra Namik Ələskərovun zərbəsi qapının yanından keçdi.


12’ Rəqib qapıçı əvvəlcə Monrozun, sonra isə Kanenin zərbəsinin qarşısını aldı.


16’ Emin Mahmudovun ötürməsindən sonra Saman Nərimancahanın zərbəsi qapıdan azca aralı keçdi.


20’ Rəqibin hücumu zamanı Səlahət Ağayev ardıcıl iki dəfə təhlükəni sovuşdurdu.


21’ Zədələnərək meydanı tərk edən Monrozu Mirabdulla Abbasov əvəzləyir.


26’ Qol. "Qəbələ” hesabı açdı. Rövlan Muradov fərqləndi – 0:1.


36’ Namik Ələskərovun yaxın küncə göndərdiyi zərbədən sonra qapıçı topu küncə çıxardı.


36’ Kanenin zərbəsi qeyri-dəqiq alındı.


39’ Mirabdulla Abbasovun zərbəsi qapıdan aralı keçdi.


40’ QOL! Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov hesabı bərabərləşdirdi – 1:1


43’ Tural Axundovun zərbəsi təhlükəli alınsa da, dəqiq alınmadı.


45+4’ Ağayev rəqibin cərimə zərbəsindən sonra topu küncə çıxardı.


45+5’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başladı. Tural Axundovu Ömər Buludov, Namik Ələskərovu isə Dario Frederiko əvəzləyib.


49’ Rəqibin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


55’ Kanenin qüvvətli zərbəsinin qarşısını rəqib futbolçu kəsdi.


63’ QOL! Dario komandamızı hesabda önə çıxardı – 2:1


65’ Voislav Stankoviç Soni Mustivarı əvəzləyir.


68’ Dabonun zərbəsindən sonra top qapının yanından keçdi.


75’ Rəhman Hacıyev Saman Nərimancahanı, İsmayıl Zülfüqarlı isə Baqali Dabonu əvəzləyir.


80’ Krivotsyukun ötürməsindən sonra Buludovun zərbəsi dəqiq alınmadı.


87’ Mirabdulla Abbasovun başqa zərbəsi təhlükəli olsa da, dəqiq olmadı.


88’ Vüqar Həsənov Mamadu Mbodju əvəzləyir.


90+5’ Darionun yaxın məsafədən vurduğu zərbənin qarşısını rəqib futbolçu kəsdi.


90+5’ Rəqib futbolçunun zərbəsi qeyri-dəqiq alındı.


90+6’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta