Baqali Dabo haqqında qərar verildi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Baqali Dabo haqqında qərar verildi

Baqali Dabo haqqında qərar verildi

Məlumat verdiyimiz kimi, klub rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta