"Neftçi" 19 yaşlı futbolçu ilə müqavilə bağladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" 19 yaşlı futbolçu ilə müqavilə bağladı

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib. Braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.


"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.


Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta