Füzuli Məmmədov daha 2 il "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Füzuli Məmmədov daha 2 il

Füzuli Məmmədov daha 2 il "Neftçi"də

"Neftçi” PFK baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb. Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.


Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komandamız onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta