"Neftçi"nin rəqibini yaxından tanıyaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin rəqibini yaxından tanıyaq

"Neftçi”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi” klubu 1927-ci ildə yaradılıb. Klub prezidenti Aydın Ölgün, baş məşqçi Qatip Osmanidir. Komanda ev oyunlarını 6000 tamaşaçı tutumuna malik olan "Çair” stadionunda keçirir.


3 dəfə ölkə çempionu (1998/1999, 1999/2000, 2000/2001), bir o qədər də ölkə kubokunun (1995/1996, 1999/2000, 2003/2004) qalibi olan "Şkupi” 2019/2020 mövsümünü 5-ci pillədə başa vurub. Lakin çempion "Vardar” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Şimali Makedoniyanı qitəmiqyaslı turnirdə 2-5-ci yerləri tutan komandalar təmsil edirlər.


Adətən, avrokuboklarda uğursuz çıxış edən Skopye təmsilçisi 2019/2020 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Pünik” (Ermənistan) klubuna məğlub olub – 1:2, 3:3.


"Şkupi”nin heyətində şimali makedoniyalılarla yanaşı, Rusiya, Braziliya, Seneqal, Qvineya, Qambiya və Kosta-Rikadan olan legionerlər yer alır.


Ümumiyyətlə, "Şkupi” "Neftçi”yə tanış rəqibdir. Komandamız Skopye təmsilçisi ilə 2018-ci ilin yayında yoxlama oyunu keçirmiş, Namik Ələskərov və Mirabdulla Abbasovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlmişdi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta