Füzuli Məmmədov: "Ağıllı oynayıb qalib gəlməliyik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Füzuli Məmmədov: "Ağıllı oynayıb qalib gəlməliyik"

Füzuli Məmmədov: "Ağıllı oynayıb qalib gəlməliyik"

"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib. O, deyib ki, komandamızın əsas üstünlüyü evdə oynamağıdır:


"Hər bir rəqib təhlükəlidir. Düzdür, "Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq. Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Futbolçularımız sıxılmamalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq. Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.


Qeyd edək ki, "Neftçi” – "Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də "Bakcell Arena”da keçiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta