"Neftçi" yoxlama oyununda qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" yoxlama oyununda qələbə qazandı

"Neftçi" yoxlama oyununda qələbə qazandı

"Neftçi” PFK hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Komandamız "Qəbələ” klubu ilə qarşılaşıb. "Bakcell Arena”da baş tutan görüşdə flaqman qələbə qazanıb – 2:1. "Ağ-qaralar”ın qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib. Rəqib futbolçu Nikolas Raysel isə məhz 11 metrlik cərimə zərbəsindən sonra fərqlənib.


"Neftçi”: 30.Aqil Məmmədov, 91.Tallison Dias, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 36.Mamadu Kane, 88.Saman Nərimancahan (29.Sabir Buqrin), 8.Emin Mahmudov, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov), 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli), 28.Stiven Jozef-Monroz (80. İsmayıl Zülfüqarlı).


Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 72.Əli Mürsəlov.


Qeyd edək ki, "Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komandamız Premyer Liqanın 1-ci turu çərçivəsində "Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş "Bakcell Arena”da baş tutacaq. Ayın 27-də isə flaqman UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkupi” klubu ilə qarşılaşacaq. Oyun "Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta