"Qalatasaray"la oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qalatasaray"la oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

"Neftçi” PFK-nın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da qardaş Türkiyənin "Qalatasaray” klubu ilə "Bakcell Arena”da keçirəcəyi oyuna KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:


1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)


Qeyd olunan məlumatlar sentyabrın 9-u saat 18:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.


DİQQƏT:

- Yerlər məlum səbəblərdən asılı olaraq az olduğu üçün hər bir KİV-dən maksimum 1 nəfər akkreditasiya əldə edə biləcək;

- Yalnız 6 nəfər FOTO akkreditasiyası əldə edə biləcək;

- Hər bir telekanal maksimum 1 nəfər müxbir, 1 nəfər operatorla təmsil oluna bilər;

- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı ilk öncə PFL-dən qeydiyyatdan keçmiş və I təsnifat mərhələsinin "Neftçi” – "Şkupi” oyununda iştirak etmiş şəxslərə üstünlük veriləcək;

- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı əsas üstünlük idman mediasına veriləcək. Həmçinin qeyri-idman mediasından ötən mövsüm "Neftçi”nin Azərbaycan çempionatı oyunlarında iştirak edən və oyunları işıqlandıran jurnalistlər də bu siyahıya aid ediləcək;

- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi” – "Şkupi” oyununa qeydiyyatdan keçmiş və akkreditasiyasını üzrlü səbəb olmadan (əvvəlcədən bu haqda kluba məlumat verənlərdən başqa) götürməyən şəxslər bu oyunda qeydiyyata alınmayacaq;

- Mətbuat konfransında sosial məsafə qaydalarına əməl olunması üçün yerlərin sayı azalıb. Bu səbəbdən yalnız 12 nəfər media nümayəndəsinin iştirakına icazə veriləcək. Həmin jurnalistlər də "Neftçi” PFK-nın Avropa Liqasının I təsnifat mərhələsindəki mətbuat konfranslarında iştirak etmiş şəxslər olacaq. Həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o jurnalistlər mətbuat konfransına buraxılacaqlar.


Qeydiyyatdan keçənlər və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 16.09.2020-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək "Bakcell Arena”da "Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.


Qeyd edək ki, hazırda davam edən COVİD-19 pandemiyasına və UEFA-nin yeni oyun əsasnaməsinə görə stadiona məhdud sayda jurnalist buraxılacaq. Bütün bu addımları atmaq məcburiyyətində qaldığımızı nəzərə alıb, bizi anlayışla qarşılamağınızı xahiş edirik.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta