"Neftçi" PFK ilə "Meqa Sığorta" arasında əməkdaşlıq müqaviləsi yeniləndi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK ilə "Meqa Sığorta" arasında əməkdaşlıq müqaviləsi yeniləndi

"Neftçi” Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta” ASC arasında 2019-cu il yanvarından etibarən başlayan brend əməkdaşlığının müddəti uzadılıb. Ölkə futbolunun flaqmanı ilə sığorta bazarında liderlərdən olan şirkət arasında bununla bağlı razılıq əldə edilib və daha bir il müddətinə əməkdaşlıq sazişi imzalanıb.


Müqavilənin şərtlərinə əsasən, "Neftçi” PFK-nın əsas və əvəzedici heyətinin oyun formalarında "Meqa Sığorta” ASC-nin loqosu əksini tapacaq. Həmçinin, klub tərəfindən qarşı tərəfin təbliğatı istiqamətində müxtəlif reklam xidmətləri göstəriləcək. "Meqa Sığorta” ASC isə bunun qarşılığında kluba maddi dəstək verəcək və müxtəlif siğorta xidmətləri göstərəcək.


"Meqa Sığorta” ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. Azərbaycanın sığorta şirkətlərin arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. 2012-ci ildə "Meqa Sığorta" ASC-yə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən (№ 000587) müddətsiz sığorta fəaliyyəti lisenziyası verilmişdir. Həmin ildən etibarən "Meqa Sığorta" ASC İcbari Sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. 2013-cü ildə sığorta şirkətləri arasında seçilərək "Meqa Sığorta" ASC sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə "Ən dinamik inkişaf edən sığorta şirkəti" adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə "UĞUR” mükafatı ilə təltif olunub. 2015-ci ildə "Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən aparılan yoxlamaların nəticəsi olaraq "Sığorta və Təkrarsığorta xidmətlərinin göstərilməsi" sahəsində ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir. Bundan əlavə həmin ildə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə "Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə "Meqa Sığorta" ASC-ni "European Quality Award” mükafatı ilə təltif etmişdir. 2016-ci ildə "Meqa Sığorta” ASC "Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan ilk sığorta şirkətlərindən biri olmuşdur. 2018-ci ildə "Meqa Sığorta” ASC dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında "Caspian Business Award 2018” mükafatının nominasiyalar üzrə "Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti” adına layiq görülüb. Hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq audit olunan və eyni zamanda SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 2015 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edən "Meqa Sığorta” ASC korporativ və fərdi müştərisinə 30 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir. Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.


1937-ci ildə yaradılmış "Neftçi” Peşəkar Futbol Klubu Azərbaycan ilk peşəkar futbol komandasıdır. 1968-ci ilədək "Neftyanik” adlandırılıb. Klubun bir neçə ləqəbi var, onlardan ən populyar və ən çox işlədilənləri "Neftçilər”, "Flaqman” və "Xalq komandası”dır. Rəngləri "ağ-qara” olan paytaxt təmsilçisi hazırda oyunlarını 11000 tamaşaçı tutumuna malik olan "Bakcell Arena”da keçirir. "Neftçi” PFK 8 dəfə (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013) ölkə çempionatının, 6 dəfə (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) ölkə kubokunun, 2 dəfə isə (1993, 1995) Superkubokun qalibi olub. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb. Komandamız 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində ilkə imza atıb. 2006-cı ildə isə "Birlik Kuboku”nun qalibi olub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta