"Neftçi" – "Qalatasaray" matçı BOS-da keçiriləcək | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" – "Qalatasaray" matçı BOS-da keçiriləcək

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyunu "Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.


Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta