"Neftçi-2"də yeni məşqçi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi-2"də yeni məşqçi

"Neftçi-2”nin məşqçilər korpusuna yeni təyinat olub. Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.


Qeyd edək ki, Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta