"Neftçi" "Qarabağ"a qalib gəldi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qarabağ"a qalib gəldi

"Neftçi" "Qarabağ"a qalib gəldi

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 3-cü turda "Qarabağ”a qalib gəlib – 2:1. "Azərsun Arena”da baş tutan görüşdə hesabı rəqib açsa da, "ağ-qaralar” əvvəlcə hesabı bərabərləşdirməyi, sonra isə qələbə qolunu vurmağı bacarıb. "Qarabağ”dan Kvabena Ovusu (10-cu dəqiqə), "Neftçi”dən isə Voislav Stankoviç (12-ci dəqiqə) və Namik Ələskərov (68-ci dəqiqə) fərqlənib.


"Neftçi”: 30.Aqil Məmmədov, 2.Cabir Əmirli, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Saman Nərimancahan, 13.Prins İbara (22.Mirabdulla Abbasov, 62), 24.Yusuf Laval (91.Tallison Dias, 85), 26.Ömər Buludov (27.Fərid Yusifli, 90+2), 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 29.Sabir Buqrin, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı.

 


1’ Oyun başlandı.

 


8’ Aqil Məmmədov İsmayıl İbrahimlinin zərbəsindən sonra topu geri qaytardı.


10’ "Qarabağ” hesabı açdı – 1:0. Kvabena Ovusu fərqləndi.


11’ Saman Nərimancahanın ötürməsindən sonra Yusuf Lavalın zərbəsi müdafiəçiyə tuş gəlib, küncə çıxdı.


12’ QOOOLLL! Voislav Stankoviç baş zərbəsi ilə hesabı bərabərləşdirdi – 1:1


23’ Filip Ozobiçin başla zərbəsindən sonra top qapının üstündən keçdi.

 

28’ Namik Ələskərovun zərbəsindən sonra qapıçı topu geri qaytardı.


32’ Cabir Əmirlinin cərimə meydançasına ötürməsi təhlükəli alındı, amma Bədavi Hüseynov Prins İbaranı qabaqladı.


45’ Aqil Məmmədov topa çıxışda səhvə yol versə də, Bədavi Hüseynovun başla zərbəsi dəqiq olmadı.


45+1’ İlk hissə başa çatdı.

 

46’ İkinci hissə başlandı.


58’ Aqil Məmmədov Mahir Emrelinin başla zərbəsindən sonra topu tutdu.

 

62’ Mirabdulla Abbasov Prins İbaranı əvəzlədi.


65’ Lavalın zərbəsini Emil Balayev çətinlik çəkmədən tutdu.


67’ Aqil Məmmədov Mahir Emrelinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra topu küncə çıxardı.


68’ QOOOLLL! Namik Ələskərov komandamızı hesabda önə çıxardı – 1:2


76’ Voislav Stankoviçin başla zərbəsini rəqib qapıçı bu dəfə tuta bildi.


81’ Qara Qarayevin zərbəsi qeyri-dəqiq alındı.


85’ Tallison Dias Yusuf Lavalı əvəzlədi.


90+2’ Fərid Yusifli zədələnmiş Ömər Buludovu əvəzlədi.


90+5’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta