Voislav Stankoviç: "Şadam ki, qələbə qazandıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Voislav Stankoviç:

Voislav Stankoviç: "Şadam ki, qələbə qazandıq"

"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç "Qarabağ”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:


"Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta