"Neftçi" "Qəbələ" ilə heç-heçə etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qəbələ" ilə heç-heçə etdi

"Neftçi" "Qəbələ" ilə heç-heçə etdi

"Neftçi” növbəti oyununu keçirib. Komandamız Premyer Liqanın 4-cü turunda "Qəbələ” ilə qarşılaşıb. "Dalğa Arena”da baş tutan görüşdə heç-heçə qeydə alınıb – 1:1. Hesabı 32-ci dəqiqədə qonaq komandnın üzvü Rövlan Muradov açıb. 90+4-cü dəqiqədə isə Sabir Buqrin hesabı bəbarəbləşdirib.


"Neftçi”: 30.Aqil Məmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Saman Nərimancahan (29.Sabir Buqrin, 60), 13.Prins İbara (22.Mirabdulla Abbasov, 74), 24.Yusuf Laval, 26.Ömər Buludov (2.Cabir Əmirli, 76), 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 27.Fərid Yusifli, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.


1' Matç başladı.

13' Krivotsyukun zərbəsi dəqiq deyil.
23' Ərazi üstünlük bizim tərəfdədir.
32' Qəbələ hesabı açdı - 0:1.
45' Ilk hissə bitdi.
46' İkinci hissə başladı.
55' Mahmudovun zərbəsi dəqiq alınmır.
75' Qapıçı Qəbələni qoldan xilas edir.
90' 6 dəqiqə əlavə olunur.
90'+4 QOOOOL! BUQRİN! 1-1!
90'+7 Oyun bitdi.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta