"Neftçi" "Zirə" ilə qarşılaşıb | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Zirə" ilə qarşılaşıb

"Neftçi" "Zirə" ilə qarşılaşıb

 

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 5-ci turda "Zirə” ilə qarşılaşıb. "Ağ-qaralar” Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşün son dəqiqələrində buraxdığı qolla məğlub olublar.


"Neftçi”: 30.Aqil Məmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 22.Mirabdulla Abbasov, 24.Yusuf Laval, 26.Ömər Buludov, 29.Sabir Buqrin (10.Saman Nərimancahan, 83), 36.Mamadu Kane, 91.Tallison Dias (13.Prins İbara, 90).


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 2.Cabir Əmirli, 4.Rener Alves De Souza, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 27.Fərid Yusifli, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı.


Qeyd edək ki, "Neftçi” 7 xalla 4-cü yeri tutur.


 

1’ Oyun başlandı.


15’ "Neftçi” oyuna nəzarət etsə də, hələ ki qapıya zərbə endirilməyib.


17’ Tallison Diasın zərbəsi qeyri-dəqiq alındı.


29’ Rəqibin hücumu təhlükəli alınsa da, Aqil Məmmədov topu tutdu.


34’ Yusif Lavalın ötürməsindən sonra Mirabdulla Abbasovun cərimə meydançasının daxilindən endirdiyi zərbəni qapıçı küncə çıxardı.


 

36’ Mamadu Mbodjun başla zərbəsindən sonra top qapının üstündən keçdi.


 

39’ Emin Mahmudovun uzaq məsafədən vurduğu zərbədən sonra qapıçı topu tutdu.


41’ "Zirə”nin qapıçı Sabir Buqrinin zərbəsindən sonra da topu tutmağı bacardı.


45+1’ Diasın ötürməsindən sonra Ələskərovun başla zərbəsi dəqiq alınmadı.


45+1’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


54’ Mamadu Mbodjun uzaq məsafədən vurduğu zərbədən sonra qapıçı topu tutdu.


64’ Rəqibin təhlükəli hücumu zamanı Aqil Məmmədov topa sahib çıxdı.


71’ Ömər Buludovun ötürməsindən sonra Yusif Lavalın başla zərbəsi qeyri-dəqiq alındı.


 

76’ Mamadu Kanenin uzaq məsafədən vurduğu qüvvətli zərbədən sonra top qapının yanından keçdi.


81’ Buqrinin uzaq küncə vurduğu zərbə təhlükəli olsa da, dəqiq alınmadı.


83’ Saman Nərimancahan Sabir Buqrini əvəzlədi.


88’ Namik Ələskərovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı dirəyindən qayıtdı.


90’ Prins İbara Tallison Diası əvəzlədi.


90+5’ Stankoviçin kobud səhvindən sonra "Zirə” hesabı açdı – 1:0.


90+6’ Mbodjun başla zərbəsi dəqiq alınmadı.


90+7’ Oyun başa çatdı.

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta