Bruno Teluşi: "Əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm" (VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Bruno Teluşi:

Bruno Teluşi: "Əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm" (VİDEO)

"Neftçi” PFK-nın yeni transferi Bruno Teluşi "Neftçi TV”yə müsahibə verib. Albaniyalı futbolçu komandanın uğurlarında pay sahibi olmaq istədiyini bildirib:


"Neftçi” kimi komandaya gəldiyim üçün çox şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam. Bilirəm ki, "Neftçi”nin tarixində ilk albaniyalı futbolçuyam. Bu çox əlamətdar hadisədir. Albaniyanın bu klubdakı ilk təmsilçisi kimi komandanın uğurlu çıxış etməsi üçün maksimum çalışacam. Mən bura əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm. "Neftçi”nin uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacam ki, komanda mümkün qədər çox qələbə və çempionluq qazansın”.




Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta