Füzuli Məmmədov: "Əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Füzuli Məmmədov: "Əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq"

Füzuli Məmmədov: "Əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq"

"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 6-cı turunun "Sabah” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Bütün diqqətin cəbhədə olduğunu bildirən mütəxəssis futbolçuları oyuna kökləmək üçün əllərindən gələni etdiklərini deyib:


"İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Bütün məşqçilər üçün futbolçuları matça kökləmək çətin olur, amma bunun üçün əlimizdən gələni edirik. Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, "Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudur, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta