Yeni baş məşqçi böyükhesablı səfər qələbəsi ilə başladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Yeni baş məşqçi böyükhesablı səfər qələbəsi ilə başladı

Yeni baş məşqçi böyükhesablı səfər qələbəsi ilə başladı

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. "Ağ-qaralar” yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk matçına çıxıb. Komandamız 10-cu turda "Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionunda baş tutan oyunda "Neftçi”nin qollarını Anton Krivotsyuk (38-ci və 51-ci dəqiqələr), Namik Ələskərov (57-ci dəqiqə) və Prins İbara (90+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə 60-cı dəqiqədə Yusif Nəbiyev fərqlənib.


"Neftçi”: 30.Aqil Məmmədov (K), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 10.Saman Nərimancahan (13.Prins İbara, 77), 19.Fəhmin Muradbəyli (26.Ömər Buludov, 89), 20.Mert Çelik, 24.Yusuf Laval, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 17.Bruno Teluşi, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı.

 


1’ Oyun başlandı.


2’ İlk təhlükə rəqibdən gəldi və top qapının yanından keçdi.


17’ Namik Ələskərovun zərbəsindən sonra qapıçı topu tutdu.


31’ "Qəbələ”nin futbolçusu Merab Qiqaurinin zərbəsi təhlükəli alınsa da, dəqiq olmadı.


38’ QOOOLLL! Anton Krivotsyuk baş zərbəsi ilə hesabı açdı.


45+3’ İlk hissə bitdi.

46' İkinci hissə başladı.

50' QOOOOOOOL! Lavalın ötürməsundən sonra Anton yenə fərqlənir!

58' QOOOOOOOOL! Namik fərqlənir! 3-0!

60' Qəbələ qol vurub - 3-1.

80' Aqil Məmmədov komandamızı qoldan xilas edir.

89' Buludov Fəhmini əvəzləyir.

90'+3 QOOOOOOL! İBARRA! 4-1!

Matç bitdi!

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta