Anton Krivotsyuk: "Zaman keçdikcə buna nail olacağıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Anton Krivotsyuk: "Zaman keçdikcə buna nail olacağıq"

Anton Krivotsyuk: "Zaman keçdikcə buna nail olacağıq"

"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk "Qəbələ” ilə oyundan sonra açıqlama verib. Rəqib qapısından iki top keçirən gənc futbolçu təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:


"Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.


Krivotsyukun yeni baş məşqçi Samir Abasovla bağlı suala cavabı belə olub: "Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta