"Neftçi" ilk yoxlama oyununda qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ilk yoxlama oyununda qələbə qazandı

"Neftçi" ilk yoxlama oyununda qələbə qazandı

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Gəncənin "Kəpəz” klubu ilə qarşılaşıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və "Neftçi TV” vasitəsilə canlı yayımlanan görüşdə "ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 78-ci dəqiqədə Namik Ələskərov vurub.


"Neftçi”: 30.Aqil Məmmədov, 4.Rener Alves De Souza, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 37.Vüsal Əsgərov, 56.Elton Əlibəyli, 72.Emin Zamanov, 91.Tallison Dias.


Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Saman Nərimancahan, 19.Fəhmin Muradbəyli, 26.Ömər Buludov, 36.Mamadu Kane, 44.Seymur Əliyev, 70.Asim Əlizadə, 80.İsmayıl Zülfüqarlı.


1’ Oyun başlandı.


8 Vüsal Əsgərov Mirabdulla Abbasovun gözəl ötürməsindən faydalana bilmədi.


11’ Rəqib futbolçunun zərbəsindən sonra Aqil Məmmədov topu tutdu.


18’ Mirabdulla Abbasovun yaxın məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən sonra top canlı səddən qayıtdı.


23’ Emin Mahmudov rəqib futbolçuları geridə qoyub cərimə meydançasının daxilindən zərbə endirsə də, qapıçı topu tutdu.


32’ Kamran İbrahimov Aqil Məmmədovu əvəzlədi.


45+1 İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


46’ Meydana Mamadu Mbodj, Anton Krivotsyuk, Namik Ələskərov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Ömər Buludov, Seymur Əliyev, Asim Əlizadə və İsmayıl Zülfüqarlı daxil olublar. İlk hissədə oynayanlardan Kamran İbrahimov və Emin Zamanov meydanı tərk etməyiblər.


59’ Namik Ələskərovun ötürməsindən sonra Asim Əlizadə fürsəti boşa verdi. Onun zərbəsindən sonra top qapının üstündən keçdi.


61’ Səlahət Ağayev Kamran İbrahimovu, Mamadu Kane isə Emin Zamanovu əvəzlədi.


64’ Namik Ələskərovun yerinə yetirdiyi gözəl cərimə zərbəsinə qapıçı eyni gözəlliklə reaksiya verdi.


75’ Ömər Buludovun ötürməsindən sonra Saman Nərimancahan hesabı aça bilərdi, amma top qapının yanından keçdi.


78’ Qol! Namik Ələskərov gözəl zərbə ilə hesabı açdı – 1:0!


87’ Ömər Buludov qol fürsətini boşa verdi.


90’ Anton Krivotsyukun künc nöqtəsindən ötürülən topa başla endirdiyi zərbə dəqiq olmadı.


90+4’ Oyun başa çatdı.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta