"Neftçi"dən 4:3 hesablı qələbə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"dən 4:3 hesablı qələbə

"Neftçi"dən 4:3 hesablı qələbə

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız "Keşlə”yə 4:3 hesabı ilə qalib gəlib. "Bakcell Arena”da baş tutan görüşdə "ağ-qaralar”ın qollarını Mirabdulla Abbasov (10-cu dəqiqə), Tallison Dias (36 və 65-ci dəqiqələr) və Mamadu Kane (62-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Nicat Qurbanov (59-cu dəqiqə) və Silvio Junior (61 və 79-cu dəqiqələr) fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K),17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 10.Saman Nərimancahan, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 37.Vüsal Əsgərov, 44.Seymur Əliyev, 56.Elton Əlibəyli, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.


1’ Oyun başlandı.


8’ Səlahət Ağayev Tural Axundovun zərbəsindən sonra topu geri qaytardı.


10’ Qol! Sabir Buqrinin ötürməsindən sonra Mirabdulla Abbasov hesabı açdı – 1:0!


21’ Nicat Qurbanovun zərbəsindən sonra top qapının üstündən keçdi.


22’ Rəhman Hscıyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Səlahət Ağayev topu geri qaytardı.


23’ Sabir Buqrin daha bir məhsuldar ötürmənin müəllifi ola bilərdi, amma qapıçı Emin Mahmudova mane oldu.


23’ "Keşlə” də qol fürsətini boşa verdi.


25’ Sezar Meza Kollinin zərbəsindən sonra top qapı tirindən qayıtdı.


29’ Bu dəfə qapı dirəyi komandamızı qoldan xilas etdi.


35’ Rəqib qapıçı onunla təkbətək çıxan Mirabdulla Abbasovun dubl etməyinə imkan vermədi.


36’ Qol! Mirabdulla Abbasovun ötürməsindən sonra Tallison Dias fərqləndi – 2:0!


39’ Stankoviçin başla zərbəsindən sonra qapıçı topu tutdu.


45 İlk hissə bitdi.


46’ İkinci hissə başlandı. Aqil Məmmədov Səlahət Ağayevi əvəzləyib.


50’ Sabir Buqrinin zərbəsi qeyri-dəqiq alındı.


59’ Nicat Qurbanov hesab arasındakı fərqi azaltdı – 2:1.


61’ Silvio Junior hesabı bərabərləşdirdi – 2:2.


62’ Qol! "Neftçi” yenə hesabda irəli çıxdı. Sabir Buqrinin ötürməsindən sonra Mamadu Kane fərqləndi – 3:2!


65’ Qol! Tallison Dias özünün ikinci, komandamızın dördüncü qoluna imza atdı – 4:2!


70’ Saman Nərimancahan Sabir Buqrini, Anton Krivotsyuk Voislav Stankoviçi, Ömər Buludov Tallison Diası, Vüsal Əsgərov isə Bruno Teluşini əvəzlədi.


74’ Kanenin ötürməsindən sonra Saman Nərimancahan yaxın məsafədən topu qapıçının üstünə vurdu.


76’ Emin Zamanov Emin Mahmudovu əvəzlədi.


78’ Stiven Jozef-Monroz Mamadu Kaneni əvəzlədi.


79’ Silvio Junior hesab arasındakı fərqi azaltdı – 4:3.


88’ Saman Nərimancahanın ötürməsindən sonra Mirabdulla Abbasov qol şansını boşa verdi. Onun zərbəsindən sonra top qapının üstündən keçdi.


89’ Aqil Məmmədov Silvio Juniorun başla zərbəsindən sonra topu tutdu.


90+3’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta