"Neftçi" PFK-nın məlumatı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK-nın məlumatı

2015/2016-cı illər mövsümünün yekununda "Neftçi” PFK ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb. Bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir. "Neftçi” PFK-nın uğurları üçün çalışmış bu futbolçulara təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayırıq.


Qeyd edək ki, Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun digər kluba keçidi ilə bağlı proses hazırda davam edir.


Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə. 20.06.2016-cı il tarixdə İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündür. Hazırda "Neftçi” PFK ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədir. Məlumat üçün bildiririk ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədir və komandamıza yeni cəlb edilmiş futbolçularla bağlı 20.06.2016-cı il tarixdə ətraflı məlumat veriləcək.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism