"Neftçi"də 4 yeni futbolçu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"də 4 yeni futbolçu

"Neftçi"də 4 yeni futbolçu

2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” PFK heyətini yeni futbolçularla gücləndirib. Komandamıza yeni cəlb olunmuş futbolçularla bağlı ətraflı məlumatı təqdim edirik.


1. Vançe Şikov - Makedoniya yığma komandasının müdafiəçisidir. Təcrübəli müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb.

2. Edson Kastilyo – 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib.

3. Dario Melnyak – Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.

4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib.


Bununla yanaşı, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir. Əlavə olaraq transferlərlə bağlı yekun məlumat ictimaiyyətə təqdim ediləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism