"Şkendiya" – "Neftçi" oyununa hakim təyinatları | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Şkendiya" – "Neftçi" oyununa hakim təyinatları

"Şkendiya" – "Neftçi" oyununa hakim təyinatları

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şkendiya” – "Neftçi” oyununa hakim təyinatları açıqlanıb. Görüşün baş hakimi belçikalı Erik Lambrexts olacaq. Ona həmyerliləri – Karel de Rokker və Jo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frederik Qeldhof yerinə yetirəcək. UEFA nümayəndəsi Krouford Uilson (Şimali İrlandiya), hakim-inspektor isə Nikolae Qriqoresku (Rumıniya) olacaq.


Qeyd edək ki, iyulun 21-də "Filip II Makedonski” stadionunda keçiriləcək "Şkendiya” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism