"Neftçi" PFK: yeni təyinatlar haqqında | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK: yeni təyinatlar haqqında

Əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:

- "A” komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev təyin edilsin, müqaviləsi mövsümün sonuna kimi bağlanılsın;

- Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov təyin edilsin;

- Klubun idman direktoru vəzifəsinə Orxan Hüseynzadə təyin edilsin;

- Klubun inzibati işlər üzrə baş meneceri vəzifəsinə İslam Abbasov təyin edilsin;

- Klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdirilsin.

Klubun yeni əməkdaşları haqqında ətraflı məlumat qısa zamanda saytımızda yerləşdiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism