Azərbaycan və Gürcüstan milli komandalarının futbolçuları "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Azərbaycan və Gürcüstan milli komandalarının futbolçuları "Neftçi"də

Azərbaycan və Gürcüstan milli komandalarının futbolçuları "Neftçi"də

"Neftçi” PFK heyətini gücləndirib. Klub iki futbolçunu transfer edib. Yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlanıb.


Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.


Georgi Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism