Kirilo Petrov "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Kirilo Petrov

Kirilo Petrov "Neftçi"də

Antalya hazırlığını davam etdirən "Neftçi” PFK daha bir futbolçu ilə güclənib. Komandamız ukraynalı müdafiəçi Kirilo Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.


Kiyev "Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan "Krivbas” və "Arsenal” klublarının formasını geyinib. Polşada ("Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın "Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər "Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov "Neftçi”də 28 nömrəli formanı geyinəcək.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism