İspaniyalı hücumçu "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

İspaniyalı hücumçu

İspaniyalı hücumçu "Neftçi"də

"Neftçi” PFK qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano”, "Fuenlabrada”, "Alxesiras”, "Real Saraqosa” B, "Atletiko Pinto”, "Konkense”, "Atletiko Baleares”, Fransanın "Olimpik Marsel” B, Avstriyanın "Admira Vakker” və "Volfsberger” klublarında çıxış edib. Daniel Seqoviya "Neftçi”də 12 nömrəli formanı geyinəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism