"Neftçi" "İnter"lə oyunun hazırlığını başa vurdu (VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "İnter"lə oyunun hazırlığını başa vurdu (VİDEO)

"Neftçi” PFK Topaz Premyer Liqasının XVII turu çərçivəsində qarşılaşacağı "İnter” klubu ilə oyunun hazırlığını başa vurub. Komandamız "İnter Arena”da məşq edib. Məşqdən sonra komandamızın müdafiəçisi Pavel Dreksa Neftçi TV-yə açıqlama verib:


"Bu oyun bizim üçün çox vacibdir. Çünki 3 xal qazanmalıyıq. Ümid edirəm ki, buna nail olacağıq. İnanıram ki, yaxşı oyun göstərəcəyik və azarkeşlərimiz bizdən məmnun qalacaqlar. Artıq komandaya uyğunlaşmışam. Bu həm mənim, həm də komanda yoldaşlarım üçün yaxşıdır. Cünki belə olan halda ən yaxşı oyununu sərgiləyə bilirsən. İnanıram ki, "İnter”lə matçda bu öz nəticəsini göstərəcək”.





Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism