"Neftçi" "İnter"ə qalib gəldi (FOTOLAR, VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "İnter"ə qalib gəldi (FOTOLAR, VİDEO)

"Neftçi" "İnter"ə qalib gəldi (FOTOLAR, VİDEO)

"Neftçi” PFK Topaz Premyer Liqasının XVII turunda səfərdə "İnter” klubu ilə qarşılaşıb. Oyundan əvvəl komandamız bu gün 8 yaşını qeyd edən "Forza Neftçi” fan-qrupunu təbrik edib. Futbolçularımız meydana üzərində "Forza Neftçi 8” yazılmış futbolkalarla çıxıblar. Oyuna gəlincə, "İnter Arena”da keçirilmiş görüşdə hesabı Daniel Seqoviya (13-cü dəqiqə) açıb. Daha sonra Namiq Ələsgərov (17-ci dəqiqə) və İqnasio Herrera (58-ci dəqiqə) fərqləniblər. Yekunda komandamız görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.


"Neftçi”: 53.Maksim Vaylo, 6.Pavel Dreksa, 7.Namiq Ələsgərov, 8.Zdenek Folprext, 11.İqnasio Herrera (80.Edson Kastilyo, 79), 12.Daniel Seqoviya (9.Huqo Barqas, 76), 17.Rəhman Hacıyev, 25.Kirilo Petrov, 27.Məqsəd İsayev (26.Kamal Qurbanov, 84), 29.Georgi Navalovski.





Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism