Çingiz İsmayılov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Çingiz İsmayılov

Ək­sər fut­bol adam­la­rı­mı­zı mak­si­mum iki amp­lua­da gör­mə­yə adət et­mi­şik. Bir si­ma­nın oyun­çu-məşq­çi və ya oyun­çu-ha­kim, na­dir hal­lar­da isə fut­bol­çu­nun son­ra­dan klub, ya da fe­de­ra­si­ya rəs­mi­si ol­du­ğu­nun şa­hi­di ol­mu­şuq. Am­ma Çin­giz İs­ma­yı­lov elə şəxs­lər­dən sa­yı­lır ki, onun fut­bol fəa­liy­yə­ti çox­şa­xə­li­di. Sa­hə oyun­çu­su, qa­pı­çı, te­le­vi­zi­ya şərh­çi­si, klub rəisi, son­ra isə fe­de­ra­si­ya rəs­mi­si ki­mi. Öl­kə fut­bo­lu­nun flaq­ma­nı­na xid­mə­ti isə Çin­giz İsmayılov qa­pı­çı ki­mi baş­la­yıb, şərh­çi ki­mi da­vam edib, ko­man­da­nın rəi­si ki­mi ba­şa vu­rub.

İs­ma­yı­lo­vun fut­bo­la gə­li­şi çox­la­rın­dan fərq­lən­mə­sə də, qa­pı­çı ol­ma­sın­da qə­ri­bə­lik sez­mək olar. To­fiq Bəh­ra­mo­vun mü­əl­lim iş­lə­di­yi or­ta mək­təb­də təh­sil alan Çin­gizin fut­bo­lu seç­mə­sin­də mər­hum re­fe­ri­nin əmə­yi olub. Res­pub­li­ka­da ya­ra­dı­lan ilk fut­bol mək­tə­bi­nə bi­rin­ci qə­bul olu­nan­lar sı­ra­sın­da yer alan oyun­çu­nu ora məhz mək­təb­də­ki mü­əl­li­mi apar­mış­dı. Yal­nız 21 ya­şın­da qa­pı­çı ol­ma­ğa qə­rar ve­rən İs­ma­yı­lo­vu bu ad­dı­mı at­ma­ğa va­dar edən sə­bəb olub. Ba­kı­xa­nov qə­sə­bə­sin­də həm­ya­şıd­la­rın­dan təş­kil olu­nan ko­man­da­da qa­pı­çı ol­maq is­tə­yən yox idi. Be­lə­də hər qol­dan son­ra oyun­çu­lar­dan bi­ri çər­çi­və­yə ke­çir­miş. Bun­dan be­zə­rək qa­pı­çı­lı­ğı üzə­ri­nə gö­tü­rən Çin­giz elə hə­min il "Neft­çi"yə də­vət olu­nur.

Qa­pı­çı­nın "ağ-qa­ra" for­ma­da­kı kar­ye­ra­sı İrə­van­da baş­la­yır. Vik­tor No­vi­ko­vun də­və­tiy­lə ko­man­da­ya cəlb olu­nan gənc qa­pı­çı o vaxt­kı "Spar­tak"la mat­çın ikin­ci his­sə­sin­də mey­da­na çı­xır. 1960-cı il­də Güc­lü­lər dəs­tə­sin­də də de­büt et­mək im­ka­nı qa­za­nan «pələng» ləqəbli qa­pı­çı 27 ya­şı­na­dək res­pub­li­ka­nın bir nöm­rə­li ko­man­da­sı­nın sı­ra­la­rın­da olur. «Pələng» ləqəbini isə o, 1957-ci ildə İranda Tehran yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra alıb. Həmin görüşdə onun gözəl oyununu ertəsi gün İran mətbuatı işıqlandırmış, manşetlərə «Pələng Çingiz» başlıqlı yazılar çıxmışdı. O vaxtdan qapıçımızın ləqəbi «Pələng» qalmışdır.

Kar­ye­ra­sı­nın növ­bə­ti beş ili­ni Bakının, sonralar Gəncənin «Dinamo» komandasına sərf edən İs­ma­yı­lov 1969-cu il­də ye­ni­dən, qis­mən də ol­sa, "Neft­çi"yə bağ­la­nıb. O, «Neftçi» Cəmiyyəti Mərkəzi Şurasının futbol bölməsinin sədri vəzifəsinə təyin olunur. Daha sonra düz 18 il te­le­vi­zi­ya­da şərh­çi ki­mi ça­lı­şan Çin­giz İsmayılov vax­tı­nın ço­xu­nu flaq­ma­nın oyun­la­rın­dan reportaj ha­zır­la­maq­la ke­çi­rir­di. Hətta o bundan ötrü ADU-nun jurnalistika fakültəsini bitirir. Qa­pı­çı ki­mi 6 il, şərh­çi ki­mi 18 il bağ­lı ol­du­ğu klu­ba da­ha ya­xın ol­maq üçün İs­ma­yı­lov te­le­vi­zi­ya­dan get­mə­li olur. 1987-ci il­dən baş­la­ya­raq flaq­ma­nın rəi­si olan mü­tə­xəs­sis 7 il bu və­zi­fə­də ça­lı­şıb. "Neft­çi" - AF­FA mü­na­si­bət­lə­ri­nin kri­tik həd­də çat­dı­ğı 1994-cü il­də İs­ma­yı­lo­vun klub­dan fe­de­ra­si­ya­ya keç­mə­si mü­na­si­bət­lə­rin ilıq­laş­ma­sı­na xid­mət edir­di. Bu həm də üç amp­lua­da üst-üs­tə "Neft­çi"yə yarım əsrlik bağ­lı­lı­ğın so­nu ol­du.

«Neftçi»yə hüquqi cəhətdən bağlılıq qırılsa da, mənəvi cəhətdən bu bağlılıq indi də davam edir. Bu gün də futbol həvəskarları onu sevimli komandasının bütün oyunlarında görürlər.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000