"Neftçi” PFK-nın hazırkı inzibati binası Bakı şəhəri, 8 Noyabr prospekti 64 ünvanında yerləşir.

Üçmərtəbəli və yardımçı binadan ibarət olan kompleksdə klubun əməkdaşlarının fəaliyyət göstərməsi üçün ofislərlə yanaşı, futbolçuların yaşaması və qidalanması üçün hər cür şərait var. Ərazidə, həmiçinin bir məşq meydançası da komandanın ixtiyarındadır.

Bundan başqa, kompleks daxilində qapalı idman zalı, sauna və paltardəyişmə otaqları da var. Üçmərtəbəli binanın birinci mərtəbəsində futbolçular üçün xidmət göstərən tibb məntəqəsi də fəaliyyət göstərir. 

Komandanın bu bazası Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq kompleksinin inşanı tamamlanandan və tam istifadəyə veriləndən sonra öz fəaliyyətini dayandıracaq.