Elnarə Məmmədova

  • Çalışmağa başladığı il:

    30.11.2022


  • Doğum tarixi:

    29.07.1976

Elnarə Eldar qızı Məmmədova 1976-cı il iyulun 29-da Bakıda anadan olub.

Azərbaycan Dövlət Dillər Universitetini bitirib.

Peşə fəaliyyətinə 1995-ci ildə PwC şirkətinin audit və təminat qrupunun üzvü kimi başlayıb, qrupun Bakıdakı və Londondakı ofislərində çalışıb. 2005-ci ildə BP-yə qoşulandan bəri o, vergi, maliyyə təminatı, etik qaydalar və tələblərə uyğunluq, transformasiya və satınalma sahələrində müxtəlif rəhbər vəzifələri yerinə yetirib.

Elnarə xanım hazırda Azərbaycan, Gürcüstan və Türkiyə regionunun icra göstəricilərinin idarə edilməsi funksiyasına rəhbərlik edir.

30 noyabr 2022-ci ildən “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.