
Arif Əsədov
-
Dönəm:
Baş məşqçi, 2010-2011, 2014-2015
-
Vətəndaşlığı:
Azərbaycan
-
Doğum tarixi:
18.08.1970
1970-ci il avqustun 18-də Sumqayıt şəhərində anadan olub.
Arif Əsədov futbolçu karyerası ərzində 1987-1997, 2000-2002-ci illər ərzində “Neftçi”nin heyətində 291 oyun keçirib, 5 qol vurub.
SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının heyətində dünya (1987) və Avropa (1988) çempionu adını qazanmış müdafiəçi 1993-2002-ci illərdə Azərbaycan milli komandasının heyətində 43 oyun keçirib.
O, “Neftçi” ilə Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokunun (1993) qalibi olub.
“Neftçi”nin (2010-2011, 2014-2015) və Azərbaycan U-19 milli komandasının (2007, 2012-2014) baş məşqçisi olmuş Arif Əsədov bu vəzifədə 2009-cu ildə “Neftçi”nin əvəzedici, 2011-ci ildə isə əsas komandası ilə ölkə çempionluğunu yaşayıb.