
Ağasəlim Mircavadov
-
Dönəm:
Baş məşqçi, 1987-1988, 1989, 2004-2006
-
Vətəndaşlığı:
Azərbaycan
-
Doğum tarixi:
22.10.1947
1947-ci il oktyabrın 22-də Bakıda anadan olub.
Futbolun sirrlərini uşaq yaşlarından “Neftçi”də öyrənməyə başlayıb. 1967-1970-ci illərdə komandamızın heyətində forma geyinib və 24 oyunda meydana çıxıb. Lakin zədə səbəbindən futbolçu karyerasını erkən başa vurub.
Gənc yaşlarından məşqçi olaraq fəaliyyətini davam etdirib. 1982-ci il Moskvada Ali Məşqçilik Məktəbini bitirib. 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb.
Komandamız onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub.
Ağasəlim müəllim 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.