Şirəli Şirəliyev

  • Dönəm:

    Baş məşqçi, 1951-1952, 1958

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    1912

Şirəli Şirəliyev 1912-ci ildə Səlyanda anadan olub.

O, ölkəmizdə ilk futbol məşqçisi olub. 1949-cu ildə "Neftçi" güclülər dəstəsində çıxış etməyə başlayanda komandamızda ikinci məqçi kimi çalışıb. 1951-1952-ci illərdə baş məşqçi təyin olunub. Daha sonra isə 1952-ci və 1957-1958-ci illərdə komandamızın rəisi olub.  

1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibəti ilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycanın Əməkdar məşqçisi adı verilmişdir. Həmin il istedadlı məşqçi “Azərbaycanın bədən tərbiyəçisi və idman xadimi” adına da layiq görülüb.

Bütün ömrünü komandamıza həsr edən Şirəli Şirəliyev 1978-ci ildə rəhmətə gedib.